logo
logo logo
logo

Daha bir uşaq qızılcadan öldü

12:40 - 08 Fevral 2024

Daha bir uşaq qızılcadan öldü

Astara rayonunda azyaşlı qızılcadan ölüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev 4 gün əvvəl yaxınları tərəfindən qızdırma əlamətləri ilə xəstəxanaya aparılıb.

Müalicə təyin edilən azyaşlı evə buraxılıb. Dünən isə yaşadığı evdə hərarəti yüksələn uşaq vəfat edib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az