Kafedən çıxan 48 yaşlı kişi itkin düşdü

14:31 - 08 Fevral 2024

Kafedən çıxan 48 yaşlı kişi itkin düşdü

Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin “BTZ bağları” deyilən ərazidə yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Rüfət Abdullayevin sağ və sol əlinin üzərində “Rəvan” və “Sərvan” yazılan döymə var. İtkin düşən zaman onun əynində boz rəngli cins şalvar, qəhvəyi rəngdə gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında papaq olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə 077-591-21-21 və 018-655-76-65 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az