7 aylıq hamilə olan türkiyəli aktrisa Qonca Vuslateri dünyaya gələcək qızının adını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, usta sənətçi Türkan Şorayın baş rolda oynadığı “Selvi Boylum Al Yazmalım” filmini çox bəyənən aktrisa qızına Asya adını verəcəyini bildirib.
Verilişdə körpəsinin atasının peşəsindən bəhs edən Qonca Vuslateri, "Leventlə münasibətimizə başlayanda başqa sektordan biri ilə olmaq kimi rahatlığnı hiss edirdim. O, dövlət məmurudur, həyatımdan və sektorumdan uzaqda bir yerdədir. Mənim İşimin bir şou tərəfi var, Sevgilimlə ortaq bir şeyimiz yoxdur" deyib.
Əfsanə Rəcəb
Manşet.az