Dünyanın ən çox istifadə edilən mətn və video ünsiyyət platformalarından biri olan WhatsApp, yeni xüsusiyyətini istifadəçiləri ilə paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, WhatsApp, eyni anda iki hesabdan istifadə edilə biləcəyini açıqlayıb.
Müvafiq olaraq, artıq nömrələri fərqli olduğu müddətdə iki WhatsApp hesabı arasında keçid etmək mümkün olacaq.
WhatsApp bu funksiyanın yaradacağı rahatlığı aşağıdakı qeydlə paylaşıb:
"İstər iş, istər şəxsi, istərsə də başqa bir şey üçün, söhbətlərinizi asanlıqla idarə edə bilərsiniz".
Əfsanə Rəcəb
Manşet.az