Rusiyanın Ukraynaya qarşı hücumları davam edərkən, Aİ səfirləri yeni qərar qəbul ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ səfirlərinin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq həyata keçirilən 13-cü sanksiya paketi ilə bağlı prinsipial razılığa gəldiyi bildirilib.
Açıqlamada, “Bu paket AB-nin təsdiq etdiyi ən böyük paketlərdən biridir. Yazılı prosedurdan keçəcək və fevralın 24-də rəsmi olaraq təsdiqlənəcək” deyilib.
Paketə Rusiya, Çin və Moskvanın müharibə səylərinə kömək edən digər ölkələrdən 200-ə yaxın şəxs və şirkətə məhdudiyyətlər daxildir.
Əfsanə Rəcəb
Manşet.az