“Kurtlar Vadisi” yenidən başlayacaq? - Şirkət açıqladı

15:48 - 21 Fevral 2024

“Kurtlar Vadisi” yenidən başlayacaq? - Şirkət açıqladı

Türkiyə televiziya tarixində iz qoyan “Kurtlar Vadisi” serialının yenidən “Kurtlar Vadisi Kaos” adı ilə çəkiləcəyi və Acun Ilıcalının sahibi olduğu Exxen-də tamaşaçıların qarşısına çıxacağı iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, serialın prodüser şirkəti olan Pana Film, iddianın ardından sosial mediada açıqlama verib.

Şirkət “Son günlərdə bəzi internet xəbər saytlarında gedən xəbərlər və sosial media hesablarındakı yazılar nəticəsində bu açıqlamanı vermək zərurəti yarandı” deyib.

Bildirilib ki, xəbər və paylaşımlarda “Kurtlar Vadisi” serialının yeni bölümlərlə ekranlara dönəcəyi, aktyor heyəti və yayımlanacağı platformanın müəyyənləşmiş olduğu barədə açıqlamalar var.

Qeyd edilib ki, xəbər və paylaşımlar həqiqəti əks etdirmir. Məsələ ilə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edilib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az