ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə müqayisə edib və onların hər ikisinin “siyasi motivli təqiblərlə” üzləşdiyini deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp Cənubi Karolina ştatında Fox News telekanalına müsahibəsində Navalninin “çox cəsarətli adam” olduğunu və Rusiyaya qayıtmamalı olduğunu bildirib.
O, rus müxalifət liderinin ölümü ilə bağlı heç bir ittiham irəli sürməyib.
Tramp "Yəqin ki, onun üçün geri qayıtmaqdansa, ölkədən kənarda qalıb danışmaq daha yaxşı olardı, çünki insanlar bunun baş verə biləcəyini düşünürdülər və belə də oldu. Və bu, dəhşətli bir şeydir", - deyib.
Qeyd edək ki, Tramp 2017-2021-ci illərdə Ağ Evdə işlədiyi və həm də ondan sonrakı dövrdə Putinə heyran olduğunu bildirib.
Tramp, "Bu bizim ölkədə də baş verir. Biz bir çox cəhətdən kommunist ölkəyə çevrilirik. Baxın, əsas namizədəm. Amma ittiham olunuram” deyib.
Əfsanə Rəcəb
Manşet.az