Beyninə mikroçip yerləşdirilmiş ilk insan siçanı hərəkət etdirdi

17:06 - 21 Fevral 2024

Beyninə mikroçip yerləşdirilmiş ilk insan siçanı hərəkət etdirdi

Tesla və X-in baş direktoru İlon Mask, beyninə Neurolink mikroçipini yerləşdirdikləri ilk xəstənin düşüncə gücü ilə kompüter siçanını hərəkət etdirə bildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask insanların "Telepatiya" adlı mikroçiplə hər cihazı idarə edə bildiyini iddia edib.

O, bundan sonrakı mərhələnin siçanı hər tərəfə hərəkət etdirmək olduğunu ifadə edib.

Həmçinin, Mask "Düşünərək mümkün qədər çox düyməyə basmağa çalışırıq. Hazırda bunun üzərində işləyirik” deyib.

Qeyd edək ki, İlon Mask yanvar ayında insan beyninə mikroçip yerləşdirdiklərini açıqlamışdı.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az