İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda 118 nəfər artaraq 29 min 313-ə çatıb.
Bu barədə Manset.az Fələstin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 138 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada son hücumlarda 118 nəfərin həyatını itirdiyi və bölgədə ölənlərin sayının 29 min 313-ə yüksəldiyi, İsrail qüvvələrinin daha 163 fələstinlini yaraladığı, yaralananların ümumi sayının isə 69 min 333-ə çatdığı bildirilib.
Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi qeyd edilib.
Jalə
Manşet.az