Çexiyada Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevski saxlanılan rusiyalı dissident Aleksey Navalnının ölümü ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Manset.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Drake mətbuata açıqlamasında qeyd edib ki, Rusiya səfiri Navalnının saxlandığı həbsxanada ölümü ilə əlaqədar nazirliyə çağırılıb.
"Səfir Navalnının ölümünün təfərrüatlarını və (Rusiya) səlahiyyətlilərin cəsədi ailəsinə qaytarmaqdan imtina etməsini izah etmək üçün çağırılıb", - Drake bildirib.
Avropada Hollandiya, Norveç, İsveç və İngiltərə kimi ölkələr də Navalnının ölümü ilə əlaqədar Rusiya səfirlərini Xarici İşlər Nazirliklərinə çağırıblar.
Jalə
Manşet.az