ABŞ-ın Kolorado ştatında 34 yaşlı Kristofer Uord adlı kişi evində saxladığı zəhərli sürünənlərdən biri olan Gila canavarı tərəfindən dişlənilərək ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fevralın 12-də xəstəxanaya yerləşdirilən Uord fevralın 16-da həyatını itirib.
Uordun sevgilisi evdə bəslədikləri 2 Gila Canavarını heyvanlara qulluq mərkəzinə təhvil verib. Gila canavarının Uordun qolunudan dişlədikdən sonra sevgilisinin bir neçə dəfə qusduğunu, nəfəs almaqda çətinlik çəkdiyini, sonra isə huşunu itirdiyini bildirib.
Qeyd edək ki, ABŞ və Meksikanın cənubunda dünyanın ən zəhərli sürünənlərindən olan bu növün dişləmələri son dərəcə ağrılıdır və qurbanlarında huşunu itirmə kimi əlamətlərə səbəb olur.
Əfsanə Rəcəb
Manşet.az