Venesuelada Anqostura şəhərində qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəninin çökməsi nəticəsində 30 nəfər ölüb, 100-dən çox insan yerin altında qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bolivarın Vətəndaş Təhlükəsizliyi Dövlət Katibi Edqar Kolina Reyes mətbuata verdiyi açıqlamada müstəqil komissiyanın bölgəyə köçdüyünü və hadisə ilə bağlı hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb.
Axtarış-xilasetmə qrupları helikopterlə qəsəbəyə göndərilib.
Əfsanə Rəcəb
Manşet.az