“Survivor All Star”a gələn Ronaldinyo Nagihana xəbərdarlıq etdi - VİDEO

11:43 - 22 Fevral 2024

“Survivor All Star”a gələn Ronaldinyo Nagihana xəbərdarlıq etdi - VİDEO

Acun Ilıcalının dəvəti ilə “Survivor All Star” verilişində qonaq qismində iştirak edən braziliyalı keçmiş əfsanəvi futbolçu Ronaldinyo keçən axşam yayımlanan bölümdə açıqlamaları və performansı ilə gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yarışma iştirakçıları və Acun Ilıcalı ilə ayaq voleybolu oynamağa gələn Ronaldinyo Nagihana sakit olması barədə xəbərdarlıq edib.

FİFA tərəfindən iki dəfə ilin ən yaxşı oyunçusu və Qızıl top mükafatını qazanan uğurlu futbolçu Dominikaya gəlişi ilə bağlı hisslərini bölüşüb.

Ronaldinyo "Burada olmaqdan çox xoşbəxtəm. İstənilən vaxt gələ bilərəm" deyib. Yarışın bəzi hissələrini izləyən futbolçu son döyüşləri ilə gündəmdə olan Nagihana xəbərdarlıq etməyi də diqqətdən yayınmayıb və "Proqramı izləyirəm. Ümid edirəm Nagihan bir az daha sakit ola bilərsən” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az