"Navalnının ölümü Kiyevə yardımı artırmaq üçün səbəbdir" - NATO baş katibi

11:49 - 22 Fevral 2024

\"Navalnının ölümü Kiyevə yardımı artırmaq üçün səbəbdir\" - NATO baş katibi

"Navalnının ölümü Kiyevə yardımı artırmaq üçün səbəbdir".

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Azadlıq Radiosu"na müsahibəsində deyib:

“Mən əminəm ki, Navalnının xatirəsini ehtiramla yad etməyin ən yaxşı yolu Putinin döyüş meydanında qalib gəlməsinin qarşısını almaq, Ukraynanın üstünlüyünü təmin etməkdir”.

Stoltenberq hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin Avdiyevkadan geri çəkilməsi Ukraynanın daha böyük həcmdə hərbi yardıma ehtiyacı olduğunu göstərir və Navalnının ölümü Kreml rejiminin avtoritar xarakterinə daha da diqqəti cəlb etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az