İsrail alimləri kişi sonsuzluğuna əhəmiyyətli təsir edəcək testislər düzəltdi

12:23 - 22 Fevral 2024

İsrail alimləri kişi sonsuzluğuna əhəmiyyətli təsir edəcək testislər düzəltdi

İsraildə Bar-İlan Universitetinin tədqiqatçıları testis funksiyasını yerinə yetirən orqanoidlər hazırlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dr. Nitzan Gönenin tədqiqatçı tələbələri Aviya Stopel, Çeli Lev və Stav Dahari ilə birlikdə hazırladığı süni testislərin kişilərin fertilliyi və cinsi inkişaf pozğunluqları ilə bağlı araşdırmaların irəliləməsinə töhfə verəcəyi və laboratoriyada sperma istehsalını asanlaşdıracağı gözlənilir.

Bu araşdırmanın cinsiyyət təyini ilə əlaqəli mexanizmlərin anlaşılmasını əhəmiyyətli dərəcədə inkişaf etdirə biləcəyi və kişi sonsuzluğuna həll yolları təqdim edə biləcəyi ifadə edilib.

Süni testislər BIU-nun Qudman Həyat Elmləri Məktəbində və Nanotexnologiya və Təkmil Materiallar İnstitutunda Gönen laboratoriyasında istehsal edilib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az