Qəzzada can itkisi 29 min 410-a çatdı

16:51 - 22 Fevral 2024

Qəzzada can itkisi 29 min 410-a çatdı

Qəzzada  İsrailin hücumlarında həyatını itirən fələstinlilərin sayı son 10 gündə 1070 artaraq 29 min 410, yaralıların sayı isə 69 min 465-ə çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi İsrailin 139 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verib. Açıqlamada İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 97 nəfərin öldüyü, 132 nəfərin yaralandığı bildirilib.

Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az