Pobeda qəsəbəsi rus ordusu tərəfindən tutuldu - Rusiya

17:18 - 22 Fevral 2024

Pobeda qəsəbəsi rus ordusu tərəfindən tutuldu - Rusiya

"Cənub Qüvvələr Qrupunun bölmələri Donetsk istiqamətində Pobeda qəsəbəsini azad edərək cəbhə mövqelərinə yaxınlaşıb."

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk istiqamətində Pobeda qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Ukrayna-Rusiya müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyi bildirilən açıqlamada,  ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə Sistemi vurulub, Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Həmçinin qeyd edilib ki, “Hərbi əməliyyatın başladığı gündən bu yana 572 təyyarə, 266 helikopter, 13 min 137 İHA, 473 hava hücumundan müdafiə raket sistemi, 15 min 171 tank və zirehli texnika, 1223 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 8 min 138 haubitsa və Ukrayna ordusuna məxsus minaatan və 18 raket “1950 xüsusi təyinatlı hərbi maşın məhv edilib”. 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az