İqtisadi böhranlarla mübarizə aparan Asiya ölkəsi Şri-Lanka 251 milyon dollarlıq neft borcunun bir hissəsini ödəmək üçün İrana 20 milyon dollarlıq çay verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Şri-Lankanın baş naziri Dineş Qunavardenanın ofisi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşündən sonra verdiyi açıqlama verib.
Bildirlib ki, ticarət müqaviləsi çərçivəsində indiyədək İrana 20 milyon dollar dəyərində Şri-Lankada istehsal olunan çay "Seylon çayı"ixrac edilib.
Agence France Presse (AFP) xəbər verir ki, iki ölkə arasında çay əvəzinə neft sazişi 2021-ci ilin dekabrında razılaşdırılıb, lakin o vaxtkı prezident Qotabaya Rajapaksanı 2022-ci ilin iyulunda istefa verməyə məcbur edən Şri-Lankanın iqtisadi böhranı səbəbindən müqavilə təxirə salınıb.
Mübadilə razılaşması sanksiyaların təsirinə məruz qalan İrana ölkədə çox məşhur olan Şri-Lanka çayını idxal etməyə imkan verir. Ölkədə valyuta qıtlığı olduğu üçün Şri-Lankalılara da çayla ödəniş etməyə icazə verilib.
Əfsanə Rəcəb
Manşet.az