NATO-nun avropalı üzvləri Ukraynaya döyüşmək üçün qoşun göndərsələr, bu, Rusiya ilə NATO arasında münaqişəni qaçılmaz edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Makronun sözləri ilə bağlı sualı cavablandırarkən deyib.
Kremldən verilən açıqlamada, “NATO üzvü olan hərbçilər Ukraynada döyüşərsə, NATO-Rusiya münaqişəsi qaçılmaz olacaq” deyilib.
Ancaq Makron müttəfiqlərin Kiyevə daha çox döyüş sursatı çatdırmaq üçün səyləri artırmağa razılaşdıqları bu mərhələdə “bir fikir birliyi olmadığını qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az