Ramazan ayında Məscidül-Əqsada ibadətlə bağlı İsraildən açıqlama

10:10 - 06 Mart 2024

Ramazan ayında Məscidül-Əqsada ibadətlə bağlı İsraildən açıqlama

Ramazan ayında fələstinlilərin Məscidül-Əqsaya girişi ilə bağlı baş nazir Benyamin Netanyahunun hökumət üzvləri və təhlükəsizlik rəsmiləri ilə keçirdiyi görüşdən alınan qərarlar açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada İsrail hökuməti fələstinlilərin Ramazan ayında Məscidül-Əqsaya səfərinə heç bir məhdudiyyət qoyulmayacağı və qərarın həftəlik nəzərdən keçiriləcəyi paylaşılıb.

Həmçinin, Ramazan ayının ilk həftəsində əvvəlki illərdə olduğu kimi eyni sayda fələstinlinin Məscidül-Əqsaya daxil olmasına icazə veriləcəyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az