Almaniyada 62 yaşlı kişi həkimlər tövsiyə etməsə də, 217 dəfə Covid peyvəndi olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, peyvəndlər özəl klinikalardan alınıb və peyvənd edilən şəxsin heç bir problem yaşamadığı bildirilib.
Peyvəndlər 29 ay ərzində özəl klinikalardan alınıb. Erlangen-Nurember Universitetinin Mikrobiologiya fakültəsindən Dr. Kilian Schober bildirib ki, bu hadisəni qəzet xəbərlərindən öyrəndik:
O, açıqlamasında “Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi testlərdən keçirmək istədiyimizi bildirdik. Böyük maraq göstərdi" deyib.
Əfsanə Rəcəb
Manşet.az