Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska sabah Vaşinqtonda keçiriləcək “İttifaqın vəziyyəti” mövzusunda çıxışı üçün aldığı dəvəti rədd edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenskaya dəvət göndərən Ağ Evin Ukraynanın birinci xanımını Co Baydenin həyat yoldaşı Cil Bayden və rusiyalı müxalif lider Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnayanın yanına oturtmağı planlaşdırdığı iddia edilib.
Mövzu ilə bağlı Zelenskanın ofisindən verilən açıqlamada, Ukraynanın birinci xanımının proqram qrafiklərinin toqquşması səbəbindən dəvəti rədd etdiyi bildirilib.
Əfsanə Rəcəb
Manşet.az