Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Zelenskinin Türkiyəyə səfəri zamanı Ukrayna-Rusiya müharibəsi, Taxıl Dəhlizi sazişi və regionda daimi sülh axtarışları ətraflı müzakirə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan və qonağı Zelenski arasında Türkiyə və Ukrayna münasibətlərinin də müzakirə ediləcəyi qeyd olunur.