Bu ölkələrdə eyni anda güclü zəlzələ oldu

14:03 - 08 Mart 2024

Bu ölkələrdə eyni anda güclü zəlzələ oldu

İndoneziya və Filippin sahilləri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 125 km dərinlikdə yerləşib.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə informasiya yayılmayıb. Sunami təhlükəsi elan edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az