Rusiyalı siyasətçi Makronu xoruza BƏNZƏTDİ

14:42 - 08 Mart 2024

Rusiyalı siyasətçi Makronu xoruza BƏNZƏTDİ

“Fransa prezidenti Emmanuel Makron NATO qoşunlarını Ukraynaya göndərmək istəyində tək qalıb, Qərb dövlətlərinin liderləri onu dəstəkləməyib”. 



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Kütləvi İnformasiya Vasitələri ilə Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov özünün teleqram kanalında yazıb: 

“Bayden xalqa müraciətində deyib ki, Ukraynaya Amerika əsgərləri göndərilməyəcək. Daha əvvəl isə Scholz eyni şeyi alman əsgərləri haqqında demişdi. Polşanın Baş Qərargah rəisi isə polşalı əsgərləri Ukraynaya göndərmək planının olmadığını deyib. Bir sözlə, Makron tək qalıb. Qalliyalı (Fransanın Roma dönəmində adı Qalliya olub – red.) xoruz erkən banladı”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az