Dünən axşam keçirilən 96-cı Oskar mükafatlandırma mərasimində aktyor və güləşçi Con Cena çılpaq şəkildə səhnəyə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mükafatı vermək üçün əlindəki zərfi aça bilməyən aktyor üstünə pərdəyə bənzər paltar geyinib.
Con Cena 1974-cü ildə 46-cı Oskar mərasimində Devid Niven Elizabet Teyloru təqdim edərkən səhnəyə çılpaq bir adamın çıxdığı anları xatırlamaq istəyib.
Əfsanə Rəcəb
Manşet.az