İordan çayının qərb sahilindəki küçələrdən birinə İsrailin Qəzzaya hücumlarına etiraz olaraq səfirliyin qarşısında özünü yandıran və həyatını itirən ABŞ əsgəri Aaron Bushnellin adı verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,
Yerixo Bələdiyyə Başçısı Əbdül Kərim Sidr, dünən küçə lövhəsinin açılışı üçün təşkil edilən mərasimdə etdiyi çıxışda, 25 yaşlı Buşnellin Fələstin üçün hər şeyini fəda etdiyini söyləyib.
Sidr, "Biz onu tanımırdıq, o da bizi tanımırdı. Aramızda heç bir sosial, iqtisadi və siyasi əlaqə yox idi. Bizim paylaşdığımız şey, azadlıq eşqi və bu hücumlara qarşı durmaq istəyidir" deyib.
Yerixo Bələdiyyə Şurasının üzvü Amani Rayan Buşnellin Qəzza üçün ən qiymətli şeyini fəda etdiyini və bütün əmanətlərini fələstinli uşaqlara bağışladığını xatırladıb.
Əfsanə Rəcəb
Manşet.az