Rusiyanın müdafiə naziri Sergey Şoyquya yeni müavin təyin olunub.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, general-leytenant Andrey Bulıqa Rusiya Müdafiə nazirinin maddi-texniki təchizatına məsul müavin təyin edilib.
Qeyd edək ki, Bulıqa əvvəllər Qərb Hərbi Dairəsinin komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində çalışıb.