Yeni Zelandiyada 100 yeni dəniz canlısı aşkar edildi

10:16 - 12 Mart 2024

Yeni Zelandiyada 100 yeni dəniz canlısı aşkar edildi

Yeni Zelandiyanın cənub adasının sahillərində yeni dəniz canlıları aşkar edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 21 alimdən ibarət qrup fevral ayında Yeni Zelandiyanın Cənubi Adasının sahillərində yerləşən “Bounty Troughun” böyük ölçüdə kəşf edilməmiş sularına yeni növlərin xəzinəsini tapmaq ümidi ilə ekspedisiyaya başlayıb.

Bu günə qədər dünyada təxminən 240.000 dəniz növü kəşf edilmiş və adları verilmişdir. Okean siyahıyaalınmasına görə, hər il orta hesabla 2200 növ aşkar edilir.

Okean həyatının qlobal tədqiqinə həsr olunmuş qeyri-kommersiya təşkilatı olan Milli İnstitutun rəhbərlik etdiyi ekspedisiyanın tapdığı yeni növlər arasında onlarla molyusk, üç balıq, bir krevet və yırtıcı mollyuska növü olan sefalopod da var.

Ekspedisiyanın rəhbəri, dəniz bioloqu Alex Rogers, ekspedisiyanın 100 yeni növün kəşfi ilə nəticələndiyini və bu sayın daha da artacağını söyləyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az