Fransanın "Liberation" qəzeti Qəzzada aclıqla mübarizə aparan və həyatını itirən fələstinliləri "Qəzzada Ramazan" başlıqlı irqçi karikatura ilə ələ salıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Korin Rey tərəfindən Qəzzada Ramazan ayının necə başladığı mövzusu ilə çəkilən karikatura müzakirələrə səbəb olub.
Karikaturada qadın, dili çıxmış uşaq, dağıntılar altından çıxan əl, ağzından su axan qəzəbli kişi, ağzında sümük parçaları ilə qaçan siçanlar əks olunub.
Karikaturada qəzəbli kişinin ağzında sümüklər olan siçanı qovduğu, qadının kişiyə "gün batmamışdan əvvəl olmaz” dediyi an təsvir edilib.
Sosial media istifadəçiləri, İsrailin məcburi aclığı nəticəsində hər gün onlarla uşağın öldüyü Qəzzada baş verən humanitar faciəni ələ salan karikaturanı sərt tənqid ediblər.
Bəzi istifadəçilər karikaturanın “Fransada anti-İslamizm nümunəsi” olduğunu bildiriblər. Başqa bir qrup isə Qərbi ikiüzlülükdə ittiham edib və Ukrayna xalqı üçün heç vaxt oxşar rəsmin çəkilə bilməyəcəyini qeyd ediblər.
Əfsanə Rəcəb
Manşet.az