Keçmiş həyat yoldaşının cənazəsində göz yaş tökdü: "Anam və atam kimi idi"

12:17 - 12 Mart 2024

Keçmiş həyat yoldaşının cənazəsində göz yaş tökdü: \"Anam və atam kimi idi\"

90 yaşında dünyasını dəyişən türkiyəli ustad aktyor Kayhan Yıldızoğlunun dəfn mərasimində keçmiş həyat yoldaşı Suna Yıldızoğlu göz yaşlarına hakim ola bilməyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Suna Yıldızoğlu keçmiş həyat yoldaşı haqqında "Anam və atam kimi idi" deyib.

Suna Yıldızoğlu paylaşımında "Daxili dünyamı kəşf edən insan, səndən çox şey öyrəndim. Sevgi bitincə dostluğumuz sevgi və hörmətlə davam etdi. Ağıllı, zarafatcıl, mədəni, bilikli insan. Soyadını daşımaqdan həmişə şərəf duyduğum insan, rahat yat... Anam və atam kimi ürəyimdəsən həmişə yaşayacaqsan" sözlərini qeyd edib.

Qeyd edək ki, usta aktyor Kayhan Yıldızoğlu “Çiçək Taksi”, “Selena”, “Akasya Durağı” kimi seriallarla yadda qalıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az