Boeing şirkətinə qarşı açılan iddiada ifadə verməsi gözlənilən şirkətin keçmiş əməkdaşı Con Barnett dünən qaldığı otelin dayanacağında avtomobilində ölü tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o başına atəş açılması nəticəsində həyatını itirib. Barnett Boeing-in məhsullarında istehsal qüsurları və fabriklərində təhlükəsizlik pozuntuları olduğunu bildirmişdi. Con Barnett 2019-cu ildə “787 Dreamliner” tipli sərnişin təyyarəsində kabin təzyiqinin qəfil enməsi halında sərnişin oturacaqlarındakı oksigen maskalarını avtomatik işə salan sistemlərin əksəriyyətində istehsal qüsuru olduğunu iddia etmişdi.
Beoing, 2017-ci ilə qədər şirkətdə çalışan Barnettin vəfatından kədərləndiyini açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az