Haitidəki dəstə müharibələri baş nazir Ariel Henrinin istefası ilə nəticələnib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Barbekü” ləqəbli dəstə başçısının təhdidləri səbəbindən Puerto-Rikodan ölkəyə dönə bilməyən baş nazir rəsmən istefa verib.
Qayana Prezidenti və Karib Hövzəsi İcmasının (CARICOM) sədri İrfaan Əli açıqlamasında deyib: “Müvəqqəti olaraq prezident şurasının yaradılması və müvəqqəti baş nazirin təyin edilməsi ilə bağlı razılaşmadan sonra baş nazir Ariel Henrinin istefasını qəbul etdik” ifadəsini istifadə edib.
Əfsanə Rəcəb
Manşet.az