Rusiyada havada alovlanan təyyarə qəbiristanlığa təcili eniş etdi - VİDEO

14:47 - 12 Mart 2024

Rusiyada havada alovlanan təyyarə qəbiristanlığa təcili eniş etdi - VİDEO

Rusiyanın İvanovo vilayətində təyyarə havada alovlara bürünüb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, ehtimallara görə, hava gəmisinin mühərriklərindən biri yanıb.

Şahidlər sosial şəbəkələrdə baş verənlərin kadrlarını yayıblar.

Hadisə “Severnı” aerodromunun üzərində qeydə alınıb. İlkin məlumata görə, təyyarə yerli qəbiristanlıq ərazisinə təcili eniş edə bilib.

Hazırda ərazidə yanğın müşahidə olunur, ərazi qara tüstüyə bürünüb.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az