Bu gün İsrail ordusu Livanın Baalbek şəhərinə ardıcıl 2 hava hücumu edib.
Manset.az Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Baalbek-Riyak avtomobil yolundakı bir binanı hədəf alıb.
Hücum nəticəsində 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
İsrailin Baalbekin Nəbi Şit qəsəbəsindəki bir evə 5 dəqiqə fərqlə ikinci hava hücumu təşkil etdiyi bildirilib.
İsrail ordusundan verilən açıqlamada, Livanın daxili hissəsində yerləşən Baalbekdəki Hizbullahın iki hərbi komanda mərkəzinin döyüş təyyarələri ilə vurulduğu bildirilib.
Jalə
Manşet.az