Rusiyanın İvanova bölgəsində mühərrikində baş verən yanğın nəticəsində qəzaya uğrayan yük təyyarəsinin göyərtəsində olan 15 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən yazılı açıqlamada verilib.
Bildirilib ki, İvanova bölgəsində İL-76 tipli təlim təyyarəsi qəzaya uğrayıb.
Açıqlamada təyyarədə səkkiz ekipaj və yeddi sərnişinin olduğu, qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Rusiya mətbuatı qəzadan sağ qalanların olmadığını qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az