Almaniya dönər satışını qadağan edə bilər

17:39 - 12 Mart 2024

Almaniya dönər satışını qadağan edə bilər

Almaniyada dönər qiymətlərinin 70 faizə qədər artması böhrana səbəb olub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Almaniyanın Baş Naziri  Olaf Scholz video mesajla  dönər qiymətlərinin niyə baha olduğunu açıqlayıb.

Gənclərin davamlı olaraq dönərin qiyməti ilə bağlı tələblər dilə gətirdiyini deyən Şolz rəsmi Instagram hesabında “Bundeskanzler” adlı video paylaşımında bunları qeyd edib:

“Bu, çox maraqlı sualdır. Son zamanlar xüsusilə gənclər tərəfindən dönərin qiymətinin yuxarı həddi ilə bağlı tələblər səslənir. Halbuki biz azad bazar iqtisadiyyatında yaşayırıq və qiymətləri tələb və təklif müəyyən edirik.  Eyni zamanda, dönərçilərin də öhdəsindən gəlməli olduğu bir xərc var. Yəni dönərin qiymətində yuxarı hədd olmayacaq. Bununla belə, Almaniyada inflyasiya son vaxtlar xeyli aşağı düşüb və daha da aşağı düşəcək. “Avropa Mərkəzi Bankı bu məsələdə çox yaxşı iş görüb və təbii ki, federal hökumət də bunu edib”.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az