Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcı təyyarəsi Racastan ştatında qəzaya uğrayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Hindistan Hərbi Hava Qüvvələri bildirib.
Qeyd olunub ki, Hindistan istehsalı olan tək oturacaqlı qırıcı “döyüş hazırlığı uçuşu” zamanı Caysalmer şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əfsanə Rəcəb
Manşet.az