Avropa İttifaqı Misirə bu qədər yardım ayıracaq

17:49 - 17 Mart 2024

Avropa İttifaqı Misirə bu qədər yardım ayıracaq

Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsi sazişi çərçivəsində 2024-2027-ci illər üçün Misirə 7,4 milyard avro ayıracaq.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasının yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Saziş bu gün elan edilib. Bura 5 milyard avro makromaliyyə yardımı, 1,8 milyard avro investisiya və 600 milyon avro qrant daxil olacaq. Bu vəsaitdən təcili maliyyələşməni əhatə edən 1 milyard avro 2024-cü il ərzində ayrılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az