Putin yenidən prezident seçildi - 87 faiz

22:40 - 17 Mart 2024

Putin yenidən prezident seçildi - 87 faiz

Rusiyada keçirilən prezident seçkilərində təşkil olunan "exit-poll" nəticələri açıqlanıb.

 

Manset.az xəbər verir ki, VTsIOM və FOM şirkətləri "exit-poll" keçirib.

Nəticələrə görə, namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin 87%-dən çox səs toplayıb.

Digər namizədlərdən Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) - 4,6%, Leonid Slutski (LDPR) - 3,0%, Vladislav Davankov (Yeni insanlar) -  2,5% səs qazanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 24,4%-nin hesablanmasından sonra bildirib ki, Vladimir Putin 87,97% səslə qalibdir.

Bu nəticələrə əsasən Putin yenidən Rusiyanın prezidenti seçilib .


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az