2000-ci illərin məşhur uşaq aktyoru həyatını itirdi - FOTO

17:06 - 18 Mart 2024

2000-ci illərin məşhur uşaq aktyoru həyatını itirdi - FOTO

2000-ci illərin əvvəllərində Türkiyədə uşaq aktyor kimi seriallara çəkilən Batuhan Berkay Göksu dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 33 yaşlı Göksunun bir müddətdir xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada martın 10-da dünyasını dəyişdiyi öyrənilib.

Qeyd edək ki, Göksu “Seni Yaşatacağım” serialında Can obrazını canlandırıb.

O, Nurseli İdiz, Can Gürzap, Berna Laçın, Yetkin Dikiciler kimi usta adlarla baş rolda oynayıb.

Uşaqlıqda başladığı aktyorluğu bitirdikdən sonra Göksu proqram tərtibatçısı kimi çalışıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az