Emin Ağalarov söz verdi

10:27 - 26 Mart 2024

Emin Ağalarov söz verdi

“Crocus City Holl" bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə RBK telekanalına “Krokus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib.

“Təbii ki, biz bütün bunları nəzərdən keçiririk. Ancaq indi, hazırda bir az fərqli prioritetlərimiz var. Biz zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələ ki, ilk planlarımız bunlardır”,-deyə E.Ağalarov qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az