ABŞ-ın Merilend ştatında Frensis Skott Key körpüsünə Sinqapur bayrağı altında üzən “Dali” konteyner gəmisi çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan sonra körpü dağılıb, gəmidə isə yanğın baş verib.
Merilend Nəqliyyat Təşkilatından verilən açıqlamada Frensis Skott Key körpüsünə gedən bütün yolların hər iki istiqamətdə nəqliyyata bağlandığı bildirilib.
Səlahiyyətlilər, axtarış-xilasetmə qruplarının suya düşdüyü güman edilən 7 nəfəri xilas etmək üçün səylərini davam etdirdiyini bildirib.
Əfsanə Rəcəb
Manşet.az