İnstaqramda 2 milyondan çox izləyicisi olan məşhur model İnes Trocchia süni intellektin onu istismar etməsindən əsəbiləşdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 29 yaşlı model özünə bənzəyən manikenlərin süni intellektdən istifadə edilərək hazırlandığını və bu “virtual manikenlərin” ondan çox daha qısa müddətdə çox sayda izləyiciyə çatdığını qeyd edib.
Süni intellektdən istifadə edən insanların öz bədənlərindən ilham aldıqlarını ifadə edən Trokkia, "Bu süni zəka ilə yaradılan manekenlər əlçatmaz gözəllik standartları yaradır. Bu, nəinki bezdiricidir, həm də məndən ilham alaraq mənə maddi ziyan vururlar. İnsanlar mənim süni intellektli model olduğumu düşünür və profilimdən də aydın göründüyü kimi, dəb nümayişlərində görünürəm və bir çox layihələrdə çalışmışam". deyib.
Əfsanə Rəcəb
Manşet.az