İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqladı

00:30 - 15 Aprel 2024

İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqladı

İran ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan İsrailə müxtəlif tipli 350 mərmi atıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib.

Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.

“İranın planı iflasa uğradı”, – o vurğulayıb.

Haqari əlavə edib ki, İsrail ordusu “hələ də yüksək hazırlıq vəziyyətindədir” və “mütəmadi olaraq vəziyyəti qiymətləndirir”.

“Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”, – Haqari qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az