İsrail İrana görə əməliyyatı təxirə saldı

19:42 - 15 Aprel 2024

İsrail İrana görə əməliyyatı təxirə saldı

İsrail Müdafiə Qüvvələri İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Qəzza zolağında yerləşən Rəfahdakı quru əməliyyatını təxirə salıb .

 

Manset.az  xəbər verir ki, bu barədə CNN telekanalının iki israilli mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, İsrail bu həftə Rəfahda qurudan hücumda ilk addımları atmağa hazırlaşır.

Telekanalın mənbələrindən birinin məlumatına görə, bu gün, aprelin 15-də İsrail Hərbi Hava Qüvvələri şəhərə yerli sakinlər üçün təxliyənin zəruriliyi barədə vərəqələr səpməyi planlaşdırıb.

CNN-ə danışan başqa bir mənbə iddia edir ki, mülki şəxslərin təxliyyə vaxtının hələ müəyyən edilməməsinə baxmayaraq, İsrail hələ də Rəfahda əməliyyata başlamaqda “qətiyyətdədir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az