Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnını Böyük Britaniyaya fövqəladə və səlahiyyətli səfir təyin edib.
Manset.az xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Qeyd edək ki, Valeri Zalujnı Ukrayna ordusunun baş komandanı olub və daha əvvəl Zelenski onu səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırmışdı.