“100 milyon insana çatana qədər yaşadığım ilk mənzilim” - FOTO

16:25 - 15 May 2024

“100 milyon insana çatana qədər yaşadığım ilk mənzilim” - FOTO

Facebook, WhatsApp və Instagram-ın yaradıcısı,  Meta-nın baş direktoru Mark Zukerberq 40 yaşını qeyd edib.

 

Manset.az xəbər verir ki, milyarder qızları və həyat yoldaşı ilə fotolarını sosial media hesabında paylaşıb.

Həyat yoldaşının Zukerberqə xüsusi hədiyyəsi diqqət çəkib.

Həyat yoldaşı, Zukerberqin ad günü üçün ilk kodlamağı öyrəndiyi otağı bəzəyib.

Ad günü partisi üçün həyat yoldaşı Priskillaya təşəkkür edən Zukerberq, "Priscilla mənim üçün kiçik bir ziyafət verdi və gəncliyimdə yaşadığım bir çox yeri canlandırdı" deyib.

Zukerberq milyarder Bill Qeytslə çəkilmiş kadra “Facebook-u qurduğum Harvarddakı yataqxana otağım (xüsusi qonaqla)” mesajını əlavə edib.

Milyarder bu pozaya “100 milyon insana çatana qədər yaşadığım ilk mənzilim” qeydini əlavə edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az