Türkiyənin Tokat vilayətində mayın 19-u bazar günü gecə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, qonşuların yüksək səsə dair şikayəti əsasında polis Hürmüzlü məhəlləsində yerləşən bağ evinə gəlib.
Jandarmlar evə girəndə partlayış baş verib. Nəticədə beşi polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.
Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur.
Əyalət valisi Numan Hatipoğlu fövqəladə vəziyyətlə bağlı istintaqın başladığını açıqlayıb.
İlkin məlumatlara görə, söhbət ailələr arasında ədavət zəminində yaranan münaqişədən gedir.