İran Prezidentini daşıyan helikopter qəzaya uğradı

17:02 - 19 May 2024

İran Prezidentini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az